
DÇ-2026: İspaniya ilə Portuqaliya 1/16 final oyununa çıxacaq
Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində növbəti oyunlar keçiriləcək.
Komanda.az xəbər verir ki, Los-Anceles stadionunda İspaniya millisi Avstriya ilə üz-üzə gələcək.
Portuqaliya Xorvatiya ilə, İsveçrə isə Əlcəzair yığması ilə qarşılaşacaq.
DÇ-2026 iyulun 19-da başa çatacaq.
DÇ-2026, 1/16 final
2 iyul
23:00. İspaniya – Avstriya
Baş hakim: Qlenn Nüberq (İsveç)
Los-Anceles stadionu
3 iyul
03:00. Portuqaliya – Xorvatiya
Baş hakim: Espen Eskos (Norveç)
Toronto stadionu
07:00. İsveçrə – Əlcəzair
Baş hakim: Yael Falkon (Argentina)
Vankuver, “BC Palace” stadionu
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



