Messinin davranışı gündəm oldu

Argentina millisinin kapitanı Lionel Messi komanda yoldaşları ilə birlikdə ABŞ-nin Mayami şəhərinə çatdıqdan sonra təhlükəsizlik yoxlamasından keçib. Dünya çempionları burada DÇ-2026-nın 1/16 final mərhələsində Kabo-Verde yığması ilə qarşılaşacaqlar.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yoxlama proseduru zamanı Messi vəziyyəti zarafatla qarşılayıb. Sosial şəbəkədə yayılan görüntülərdə 39 yaşlı hücumçunun metal detektorundan keçən komanda yoldaşlarına gülərək reaksiya verdiyi əks olunub.

Argentina millisi dünya çempionatının qrup mərhələsində keçirdiyi hər üç oyunda qələbə qazanıb. Komandanın və turnirin ən məhsuldar futbolçularından biri olan Messi indiyədək 6 qola imza atıb.

Argentina – Kabo-Verde qarşılaşması iyulun 4-də olacaq. Matçın start fiti saat 02:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button