
Arauxo karyerası ilə bağlı qərar verib
“Barselona”nın müdafiəçisi Ronald Arauxo gələcəyi ilə bağlı qərarını verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu komandada qalmaq niyyətindədir. Daha əvvəl onun başqa kluba keçə biləcəyi ilə bağlı iddialar səsləndirilib.
Arauxo 2020-ci ildən “Barselona”da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər qüvvədədir. 27 yaşlı müdafiəçi 2025/26 mövsümündə La Liqada 24 oyunda meydana çıxıb, 3 qol vurub və 2 sarı vərəqə alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



