Poçettino: “Qarşıdakı oyun bizim üçün ilk finaldır”

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino DÇ-2026-nın pley-off mərhələsində Bosniya və Herseqovina ilə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis rəqibin taktiki cəhətdən çevik komanda olduğunu vurğulayıb və matça hazırlaşmağın asan olmadığını bildirib:

“Bosniya və Herseqovina taktiki baxımdan çox çevik komandadır. Belə rəqibə qarşı hazırlaşmaq bizim üçün asan olmadı. Qarşıdakı oyun bizim üçün ilk finaldır. Növbəti mərhələyə yüksəlsək, bizi daha bir final gözləyəcək. Biz məhz bu düşüncə ilə hərəkət etməliyik”.

ABŞ – Bosniya və Herseqovina matçı sabah saat 04:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button