Kuman istefa verdi

Niderland millisinin baş məşqçisi Ronald Kuman DÇ-2026-nın 1/16 final mərhələsində Mərakeşə məğlub olduqdan sonra vəzifəsindən ayrıldığını açıqlayıb.

Komanda.az xəbər verir ki, 59 yaşlı mütəxəssis qərarını sosial şəbəkə hesabında paylaşaraq bunları yazıb:

“Niderland millisinin baş məşqçisi kimi fəaliyyətimi başa çatdırmaq qərarına gəldim”.

Niderland yığması 1/16 finalda Mərakeşə penaltilər seriyasında uduzaraq mundialla vidalaşıb. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilərdə isə Mərakeş 3:2 hesabı ilə üstün olub.

Ronald Kuman 2023-cü ilin aprelindən etibarən Niderland millisinə rəhbərlik edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button