“Neftçi”nin rəsmi mağazasında rekord satış!

“Neftçi” PFK-nın rəsmi mağazasında satış rekordu qeydə alınıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2025/26 mövsümündə 7837 ədəd məhsul satılıb. Bunlardan 1374-ü rəsmi oyun formasıdır. Bu göstərici klub tarixində rekorddur.

“Hər alınan məhsul azarkeşliyin isbatıdır. Təşəkkürlər, “Neftçi” azarkeşi!” – deyə, klubun açıqlamasında qeyd edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button