“Zirə” bu gün Türkiyə komandası ilə qarşılaşacaq

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda yerli “Iğdır” ilə üz-üzə gələcək. Qarşılaşma saat 18:00-da start götürəcək.

“Zirə” qonşu ölkədəki ilk matçında Özbəkistan təmsilçisi “Navbahor”a 1:3 hesabı ilə uduzub. “Qartallar” Bakıda keçirdiyi qarşılaşmada “Qarabağ”a 3:4 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button