
Almaniya millisini Klopp çalışdıracaq? – Açıqlama
Dortmund “Borussiya”sı və “Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp Almaniya millisini çalışdıracağı ilə bağlı yayılan iddialara münasibət bildirib.
Komanda.az “Magenta TV”-yə istinadən xəbər verir ki, mütəxəssis hələlik bu məsələni müzakirə etmək istəmədiyini deyib:
“Belə bir variant barədə düşünməmişəm. İndi yəqin ki, mənim adım tez-tez hallanacaq. Amma hələlik bunu müzakirə etməyə hazır deyiləm”.
Hazırda Almaniya millisinin baş məşqçisi postunu Yulian Naqelsmann tutur. Komanda onun rəhbərliyi altında DÇ-2026-da uğursuz çıxış edərək 1/16 final mərhələsində Paraqvay millisinə məğlub olub. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Paraqvay millisi daha dəqiq oynayaraq 4:3 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.
Bizi Facebook-da izləyin



