Gündoğan Almaniya millisi haqda: “Bəhanə yoxdur”

Almaniya millisinin sabiq futbolçusu İlkay Gündoğan komandanın 2026-cı il dünya çempionatında Paraqvay yığmasına məğlub olaraq turnirlə vidalaşmasını şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türk əsilli futbolçu bunu deyib:

“Bundestim bu oyunda özünəinam nümayiş etdirə bilmədi. Bəhanə yoxdur. VAR-ın qolu ləğv etmək qərarı? İngiltərə Premyer Liqasında belə bir vəziyyətə sadəcə gülüb davam edərdilər. Böyük bir məyusluq!”

Almaniya – Paraqvay görüşü 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Paraqvay yığması 4:3 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button