
DÇ-2026: Braziliya millisi 1/8 finalda!
Futbol üzrə dünya çempionatı davam edir.
Komanda.az xəbər verir ki, 1/16 final mərhələsinin növbəti oyununda Braziliya və Yaponiya yığmaları qarşılaşıb.
Hyuston stadionunda keçirilən matçda Cənubi Amerika təmsilçisi 2:1 hesablı əzmkar qələbəyə sevinib.
Oyunda hesabı yaponlar açıblar. 29-cu dəqiqədə Kaysyu Sano fərqlənib. İkinci hissədə “sambaçılar” Kazemiro (56) və Qabriel Martinellinin (90+5) qolları ilə qələbəni bayram ediblər.
Bu qələbənin sonra 1/8 finala yüksələn Braziliyanın növbəti rəqibi Fildişi Sahili – Norveç cütünün qalibi olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



