
“Çelsi” Fransa millisinin qapıçısı üçün danışıq aparır
Fransa millisinin və “Milan”ın qapıçısı Mayk Menyan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az “Milan News 24”-ə istinadən xəbər verir ki, 30 yaşlı qolkiperin xidmətində “Çelsi” maraqlıdır. Bildirilir ki, londonlular yay transfer dönəmində mümkün keçidlə bağlı futbolçunun agentləri ilə danışıqlar aparır.
Menyan 2021-ci ilin yayından “Milan”ın formasını geyinir. Onun “qırmızı-qaralar”la müqaviləsinin müddəti 2031-ci ilin iyununun sonuna qədərdir.
“Transfermarkt” portalı fransalı qapıçının dəyərini 20 milyon avro qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



