
“Səbail” sabiq futbolçusunu heyətinə qatdı
“Səbail” 2026/2027 mövsümü üçün növbəti futbolçu transferini reallaşdırıb.
Komanda.az xəbər verir ki, bu barədə 1-ci Liqa klubu məlumat yayıb.
Son olaraq MOİK-də çıxış etmiş Zeynəddin Abdurahmanovla 1+1 illik müqavilə imzalanıb.
“Səbail”in yetirməsi olan 23 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-21 millisinin heyətində dörd oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



