İngiltərə klubu Kamavinqa üçün “Real”a rəsmi sorğu göndərib

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa “Liverpul”un maraq dairəsinə düşüb.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, mersisaydlılar 23 yaşlı futbolçunun mümkün transferi ilə bağlı “kral klubu”na rəsmi sorğu göndəriblər. Madrid təmsilçisi fransalı yarımmüdafiəçi üçün gələcək təklifləri nəzərdən keçirməyə hazırdır.

Kamavinqa da karyerasında yeni çağırışa açıqdır. “Real”ın futbolçunu satmağa müsbət yanaşmasının əsas səbəblərindən biri isə Enzo Fernandesi (“Çelsi”) heyətinə qatmaq istəyidir. Madrid klubunun argentinalı yarımmüdafiəçiyə maraq göstərdiyi bildirilir.

Kamavinqa 2025/26 mövsümündə bütün turnirlərdə 43 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button