
Dimarko üçün yeni müqavilə hazırlanır
“İnter” müdafiəçisi Federiko Dimarko ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan təmsilçisi italiyalı futbolçu ilə yeni sözləşmə imzalamaq niyyətindədir. Tərəflərin yaxın vaxtlarda danışıqlara başlayacağı və müqavilənin müddətinin 2030-cu ilin yayına qədər uzadılmasının nəzərdə tutulduğu bildirilir.
“İnter”in yetirməsi olan Dimarkonun hazırkı anlaşmasının müddəti 2027-ci il iyunun 30-na qədərdir.
29 yaşlı müdafiəçi 2025/26 mövsümündə klub səviyyəsində bütün turnirlərdə 47 oyunda meydana çıxıb, 8 qol vurub və 18 məhsuldar ötürmə verib. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



