
“Real” argentinalı futbolçunu geri qaytarır
“Komo”nun yarımmüdafiəçisi Nikolas Pas yaxın vaxtlarda yenidən “Real”ın futbolçusu ola bilər.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi 21 yaşlı futbolçuya cari transfer pəncərəsində onun geri alış bəndindən istifadə edəcəyini artıq bildirib.
Bununla belə, Pasın gələcək taleyi böyük ölçüdə öz qərarından asılı olacaq. O, Madridə qayıtmaq istəməsə, “Komo” onun transfer hüquqlarının tam məbləğini “Real”dan almaq imkanına malikdir. İtaliya klubu bu əməliyyatı maliyyə baxımından çox bahalı hesab edə bilər. Belə olacağı təqdirdə, Madrid təmsilçisi argentinalı yarımmüdafiəçini İngiltərə Premyer Liqası klublarından birinə satmağa çalışacaq.
“Transfermarkt” portalı Nikolas Pasın bazar dəyərini 80 milyon avro olaraq qiymətləndirir. Ancaq geri alış maddəsinə əsasən, “Real” futbolçunu təxminən 9 milyon avroya yenidən heyətinə qata bilər.
Pas “Komo”ya 2024-cü ildə məhz “Real”dan transfer olunub.
Bizi Facebook-da izləyin



