
“Real” və “Komo” arasında görüş olacaq – Argentinalı futbolçu üçün
“Real” və “Komo” klubları yarımmüdafiəçi Nikolas Pasın gələcəyini müzakirə edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klublar iyunun 24-də görüşərək, argentinalı futbolçunun taleyinə aydınlıq gətirəcək.
Bildirilir ki, “kral klubu” artıq qeyri-rəsmi şəkildə “Komo”ya sabiq oyunçusunu geri almaq və sonra daha yüksək məbləğə satmaq niyyətində olduğunu çatdırıb. Madrid təmsilçisinin futbolçu üçün təxminən 60 milyon avro qiymət müəyyənləşdirməsi gözlənilir. Həmçinin, “Komo”nun görüşdə 21 yaşlı yarımmüdafiəçini ən azı daha bir mövsüm saxlamaq üçün son cəhdini edəcəyi vurğulanır.
Nikolas Pas ötən mövsümdə bütün turnirlərdə 40 oyuna çıxıb, 13 qol vurub və 8 məhsuldar ötürmə verib. O, “Komo”ya 2024-cü ildə məhz “Real”dan transfer olunub.
Bizi Facebook-da izləyin



