Argentina millisinin baş məşqçisindən zədəli futbolçu haqda açıqlama

Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Avstriya yığması ilə keçirilən oyunda (2:0) zədələnən müdafiəçi Kristian Romeronun vəziyyəti barədə açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis, futbolçunun zədəsinin ciddiyyətinin hələ müəyyənləşmədiyini bildirib:

“Problemin nə dərəcədə ciddi olduğunu hələ bilmirik. Ümid edirik ki, ciddi bir şey baş verməyib. Hətta o, komandaya kömək edə bilməsə belə, onu əvəz edəcək futbolçularımız var. Amma əlbəttə ki, bütün oyunçuların sərəncamda olması daha yaxşıdır. Hələlik bərpa müddəti ilə bağlı dəqiq məlumatımız yoxdur. Yaxın günlərdə bütün tibbi müayinələrdən keçəcək”.

Romero daha əvvəl dizindən aldığı zədə səbəbindən “Tottenhem”in Premyer Liqadakı son 6 matçını buraxmışdı. O, Avstriya millisi ilə oyunda zədələndikdən sonra meydanı tərk edib və onu Nikolas Otamendi əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button