
Bernal argentinalı hücumçu ilə komanda yoldaşı olmaq istəyir
“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal “Atletiko”nun hücumçusu Xulian Alvaresi komandasında görmək istədiyini etiraf edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Kataloniya klubunda görmək istədiyi oyunçunun Alvares olduğunu deyib və “ona qarşı oynamaq istəməzdim” sözlərini işlədib.
Alvares hazırda “Barselona”nın əsas transfer hədəflərindən biri sayılır. Lakin “Atletiko” 26 yaşlı argentinalı futbolçunu satmaq niyyətində deyil və onun üçün yüksək məbləğ tələb edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



