
DÇ-2026: Yamal və Olmo start heyətinə qayıdır
İspaniya millisinin hücumçusu Lamin Yamalın dünya çempionatının qrup mərhələsində Səudiyyə Ərəbistanı yığmasına qarşı oyunda start heyətində çıxacağı gözlənilir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu zədəsini tam sağaldıb və oyuna hazırdır. Komandanın baş məşqçi Luis de la Fuente onu ilk dəqiqələrdən meydana buraxmağı planlaşdırır.
Dani Olmonun da start heyətində yer alacağı bildirilib.
İspaniya millisi ilk turda Kabo-Verde yığması ilə 0:0 hesablı heç-heçə edib. Həmin oyunda Yamal 71-ci, Olmo isə 81-ci dəqiqədə meydana daxil olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



