Fransa millisinin sabiq baş məşqçisindən maraqlı təklif

Fransa millisinin sabiq baş məşqçisi Raymon Domenek futbol dünyasında böyük müzakirə yaradacaq bir təkliflə çıxış edib.

74 yaşlı mütəxəssis futbolçuların transferlərinin pulla həyata keçirilməsinin əleyhinə olduğunu bildirib və sistemin tam dəyişdirilməsini təklif edib.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, Domenek, “Bayern”in vingeri Maykl Olise ilə bağlı mövzunu şərh edərkən transfer bazarını tənqid edib:

“Transferlər məni yorur. Yenə 250-300 milyonlardan danışacağıq… Futbolda yalnız puldan danışılır. Aylarla yalnız transferlər müzakirə olunur. Mən transferlərin ləğvinin tərəfdarıyam. Futbolçular iki illik müqavilə imzalasınlar, sonra isə müqavilələrinin müddəti bitəndə istədikləri kluba keçsinlər. Hər şeyi maaş həll etsin.

Oyunçunun müqaviləsinin müddəti bitibsə və o, yüksək maaşla başqa kluba keçmək istəyirsə, getsin. Amma 250-300 milyon avroluq transferlər… Biz hara gedirik?”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button