
“Zirə” fransalı futbolçu ilə vidalaşdı – Rəsmi
“Zirə” Ayron Qomislə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Fransalı yarımmüdafiəçi ilə klub arasında bağlanmış müqavilə başa çatıb. Klub 26 yaşlı futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Ayron Qomis 2024-cü ilin sentyabrından “Zirə”də çıxış edirdi. O, ötən mövsüm “qartallar”ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



