
Ronaldodan özbəklərlə oyundan əvvəl paylaşım
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo sosial şəbəkə hesabında yeni paylaşım edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı futbolçu milli komandadakı tərəfdaşları ilə çəkilmiş fotosunu paylaşaraq, ona qısa, ancaq diqqətçəkən bir yazı əlavə edib:
“Həmişə birlikdəyik”.
Portuqaliya yığması 2026-cı il dünya çempionatının qrup mərhələsində keçirdiyi ilk oyunda Konqo millisi ilə 1:1 hesablı heç-heçə edib. Həmin matçda Ronaldo məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
Portuqaliya millisi növbəti matçını iyunun 23-də Özbəkistan yığmasına qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



