Rafinya üçün dünya çempionatı bitib? – Açıqlama

Braziliya millisinin futbolçusu Rafinya Dias dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Haiti yığmasına qarşı keçirilən oyunda zədələnib.

“Barselona”nın vingeri matçın 40-cı dəqiqəsində, komandasının 2:0 hesabı ilə önə keçdiyi vaxt məcburi əvəzlənib. Braziliyalılar qarşılaşmanın qalan hissəsində daha bir qol vuraraq 3:0 hesablı inamlı qələbə qazanıblar.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyundan sonra Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti futbolçunun vəziyyəti ilə bağlı danışıb:

“Rafinyanın durumu sabah qiymətləndiriləcək. Hazırda onun budun arxa əzələsini nə dərəcədə ciddi zədələdiyini bilmirik”.

İspaniya mətbuatının yaydığı məlumata görə, 29 yaşlı futbolçunun ciddi zədədən yayına bildiyi ehtimal olunur. Ancaq onun yaşıl meydanlardan nə qədər uzaq qalacağı hələ açıqlanmayıb.

Braziliya millisi qrup mərhələsinin son turunda, iyunun 25-də Şotlandiya yığması ilə qarşılaşacaq. Matç saat 04:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button