
Uilyamsın “Atletik” sevgisi
“Atletik”in və İspaniya millisinin hücumçusu Niko Uilyams gələcəyi ilə bağlı açıqlama verib.
Son illərdə futbolçunun “Barselona” və Avropanın digər aparıcı klublarına keçəcəyi ilə bağlı çoxsaylı iddialar səslənsə də, o, öz komandasına sadiq qalaraq, müqaviləsinin müddətini 2035-ci ilə qədər uzadıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Uilyams klubuna bağlılığını bir daha vurğulayıb:
“Hazırda karyeramın qalan hissəsini “Atletik”də keçirmək üçün yenə müqavilə imzalayardım”.
Uilyams 2025/26 mövsümündə “Atletik”in heyətində 32 oyunda 6 qol vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt” onun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



