“Yuventus” Vlahoviçə yeni müqavilə təklif edib

Serbiyalı hücumçu Duşan Vlahoviç karyerasını “Yuventus”da davam etdirə bilər.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi 26 yaşlı forvarda yeni müqavilə imzalamaq üçün son saatlarda təklif göndərib.

Yeni anlaşmaya əsasən, müqavilənin müddətinin bir il uzadılması və bonuslar daxil olmaqla təxminən 8 milyon avro illik maaş nəzərdə tutulur. Futbolçunun hazırkı müqaviləsinin müddəti iyunun sonunda başa çatacaq.

Vlahoviç 2022-ci ilin yanvarından “Yuventus”da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 23 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button