“İngiltərə millisinin uğuru Bellingemdən asılıdır” – Sabiq futbolçu

Fransa yığmasının sabiq futbolçusu Patrik Vieyra İngiltərə millisinin 2026-cı il dünya çempionatındakı şanslarını dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın uğurunun böyük ölçüdə Çud Bellingemin çıxışından asılı olacağını bildirib:

“Bir komandanın dünya çempionatını qazanması üçün ən yaxşı oyunçusu ən yüksək səviyyədə olmalıdır. Mən Bellingemdən danışıram. O, yaxşı formada olmasa, İngiltərə millisi turniri qazana bilməz”.

İngiltərə millisi dünya çempionatına Xorvatiya yığması üzərində 4:2 hesablı qələbə ilə start verib. Komandanın qollarını Çud Bellingem, Harri Keyn və Markus Reşford vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button