
DÇ-2026: Özbəklərdən nümunəvi davranış
Özbəkistan millisi 2026-cı il dünya çempionatındakı debüt oyunundan sonra davranışı ilə diqqət çəkib.
Komanda.az xarici KİV-ə xəbər verir ki, Kolumbiya millisinə 1:3 hesabı ilə məğlub olan Asiya təmsilçisinin üzvləri matçdan sonra paltardəyişmə otağını səliqəyə salaraq ev sahibi tərəfə təşəkkür mesajı qoyublar.
Özbəkistan Futbol Assosiasiyasının sosial şəbəkə hesabında paylaşılan mesajda bunlar qeyd olunub:
“Meksika, çox təşəkkür edirik. Dünya çempionatında uğurlar. Rəhmət”.
Özbəkistan – Kolumbiya matçı Meksikadakı stadionda keçirilib və Cənubi Amerika təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Fabio Kannavaronun rəhbərlik etdiyi komanda mundialdakı növbəti oyununda Portuqaliya millisi ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



