“Çelsi” italiyalı futbolçu üçün təklif hazırlayıb

“Yuventus”un müdafiəçisi Andrea Kambiaso bu yay komandasını dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi 26 yaşlı futbolçunun transferindən 40 milyon avro gəlir əldə etmək niyyətindədir.

Hazırda italiyalı müdafiəçiyə ən ciddi şəkildə maraq göstərən klublar “Çelsi” və “Barselona”dır. Xüsusilə, London təmsilçisinin yaxın vaxtlarda rəsmi təklif hazırladığı vurğulanır.

Kambiaso ötən mövsüm bütün turnirlərdə 47 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun “Yuventus”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button