“Çelsi” “Real”ın müdafiəçisi ilə maraqlanır

“Real”ın müdafiəçisi Alvaro Karreras karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, “Çelsi” ispaniyalı futbolçunun xidmətində maraqlıdır. Bildirilir ki, “Real” Mark Kukurellanı transfer etdikdən sonra Karrerası sata bilər.

“Kral klubu”nun yeni baş məşqçisi Joze Mourinyo Fran Qarsiyanı Kukurellanın alternativi kimi görür və bu səbəbdən, Karrerasın satışına razıdır.

“Real” 23 yaşlı futbolçunu 2025-ci ilin yayında “Benfika”dan 50 milyon avroya transfer edib. Karreras bu müddətdə bütün turnirlərdə 40 oyuna çıxaraq, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button