
İspaniya millisinin üzvü “Real”da – Rəsmi
“Çelsi”nin ispaniyalı müdafiəçisi Mark Kukurella karyerasını ölkəsində davam etdirəcək.
Komanda.az xəbər verir ki, “Real” futbolçunu transfer edib. Bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
La Liqa klubu Kukurella üçün “Çelsi”yə 55+5 milyon avro təzminat ödəyəcək. 27 yaşlı sol cinah müdafiəçisi “Real”la 2032-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
“Çelsi” Kukurellanı 2022-ci ilin yayında “Brayton”dan 65 milyon avroya transfer etmişdi. İspaniya millisinin üzvü 2025/26 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 50 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



