
Amorim İtaliya klubunun təklifini qəbul edib
“Milan” baş məşqçi postu üçün Ruben Amorimlə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis İtaliya klubunun təklifinə müsbət yanaşıb və komandanı çalışdırmağa hazır olduğunu bildirib.
Tərəflər arasında 3 illik müqavilə imzalana və buna əsasən, Amorim ildə 4 milyon avro maaş ala bilər.
41 yaşlı mütəxəssis bu ilin yanvarında “Mançester Yunayted”in baş məşqçi postundan ayrılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



