
“Barselona” yeni transferdən məmnundur
“Barselona”nın yeni transferi Entoni Qordon klub rəhbərliyi və tibbi heyətdə müsbət təəssürat yaradıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi tibbi müayinədən yüksək fiziki göstəricilərlə keçib və onun ümumi hazır vəziyyəti klub daxilində xüsusi razılıqla qarşılanıb. Kataloniya təmsilçisi 25 yaşlı futbolçunun zədələrə meyilli olmamasından da məmnundur. Bildirilir ki, Qordonun karyerası ərzində ciddi əzələ zədəsi qeydə alınmayıb.
“Barselona” yayda “Nyukasl”dan transfer etdiyi futbolçu üçün 80 milyon avro ödəyib. O, ötən mövsüm Premyer Liqada 26 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



