
DÇ-2026: Kanada – Bosniya və Herseqovina matçının favoriti açıqlandı
2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda bu gün Kanada millisi ilə Bosniya və Herseqovina yığması üz-üzə gələcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bukmeker kontorlarının analitiklərinin proqnozuna görə, qarşılaşmanın favoriti Kanada millisidir.
Mütəxəssislər Şimali Amerika təmsilçisinin qələbə şansını 52,3 faiz qiymətləndirirlər. Bosniya və Herseqovinanın qalib gəlmək ehtimalı 20,4 faiz, heç-heçə ehtimalı isə 27,3 faiz təşkil edir.
Kanada millisi FİFA reytinqində 30-cu pillədə qərarlaşıb. Bosniya və Herseqovina yığması isə siyahıda 64-cüdür.
Matçın start fiti saat 23:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



