DÇ-2026: ABŞ – Paraqvay matçının favoriti bilindi

2026-cı il dünya çempionatının ilk turu çərçivəsində keçiriləcək ABŞ – Paraqvay qarşılaşması öncəsi bukmekerlər oyunun favoritini müəyyənləşdiriblər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ millisinin qələbə ehtimalı 47,7 faizdir. Paragvay yığmasının qalib gəlmək şansı 24,2 faiz, heç-heçə ehtimalı isə 28,1 faiz olaraq qiymətləndirilir.

Komandalar sonuncu dəfə 2025-ci il noyabrın 16-da üz-üzə gəliblər. Həmin matçda ABŞ millisi 2:1 hesablı qələbə qazanmışdı.

Qarşılaşma dünya çempionatının D qrupunda keçiriləcək və ABŞ ev sahibi komandalardan biri kimi turnirə böyük ümidlərlə başlayır. Mütəxəssislər qrupda ABŞ-ni favoritlərdən biri hesab edirlər.

Matçın start fiti sabah saat 05:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button