
Avropa Liqası: Azərbaycan millisi bu gün Rumıniya ilə qarşılaşacaq
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında bu gün ilk matçına çıxacaq.
Komanda.az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu komanda Rumıniya ilə üz-üzə gələcək. Görüş saat 20:00-da start götürəcək.
Bu mərhələnin oyunları Rumıniyanın Mioveni şəhərində təşkil olunacaq. Azərbaycan millisi növbəti oyununu sabah İspaniyaya qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



