İki klub Ter Ştegenin xidmətində maraqlıdır

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen yay transfer dövründə komandadan ayrıla bilər. Onun xidmətində maraqlı olan klublardan biri “Real Sosyedad”dır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, San-Sebastyan təmsilçisi 34 yaşlı qapıçının transferi ilə yaxından maraqlanır. Bildirilir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik almaniyalı qolkiperi gələcək planlarında görmür. Bu səbəbdən, Ter Ştegen də yayda klubunu dəyişməyə hazırdır.

Futbolçuya başqa bir namizəd kimi “Ayaks”ın da adı hallanır.

Ter Ştegenin “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Jirona”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button