
Messi: “Biz heç vaxt yolun yarısında dayanmayacağıq”
Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatının startı öncəsi komandanın hədəfləri barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu, Argentina yığmasının maksimum nəticə üçün mübarizə aparacağını və yolun yarısında dayanmaq niyyətində olmadıqlarını bildirib:
“Biz heç vaxt yolun yarısında dayanmayacağıq. Komandamız bunu müxtəlif rəqiblərlə oyunlarda artıq göstərib. Biz qalibik və yalnız maksimum nəticələrə çatmaq istəyirik. Addım-addım irəliləyəcəyik. Bizdə böyük motivasiya var”.
Sabah start götürəcək dünya çempionatı iyulun 19-na kimi Şimali Amerikada keçiriləcək. Argentina millisi qrup mərhələsində İordaniya, Əlcəzair və Avstriya yığmaları ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



