“Kamp Nou”nun Çempionlar Liqasının finalı üçün namizədliyi irəli sürülüb

2029-cu il UEFA Çempionlar Liqasının finalının keçiriləcəyi məkan yaxın zamanda müəyyənləşəcək.

Hazırda iki stadion əsas namizəd kimi göstərilir – Londondakı “Uembli” və Barselonadakı “Kamp Nou”.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mayın 26-da Kataloniya hökuməti təhsil naziri Milaqros Tolonun təklifi əsasında İspaniya Futbol Federasiyasının müraciətini təsdiqləyib və “Kamp Nou”nun namizədliyini rəsmi şəkildə irəli sürüb.

Yekun qərarın sentyabrda İcraiyyə Komitəsinin iclasında veriləcəyi gözlənilir.

“Kamp Nou” stadionu indiyə qədər iki dəfə – 1989 və 1999-cu illərdə Çempionlar Liqasının finalına ev sahibliyi edib. Ancaq 21-ci əsrdə bu arenada hələ final keçirilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button