
DÇ-2026: “Braziliya millisi istənilən yarışda favorit sayılır”
Braziliya millisinin və “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş 2026-cı il dünya çempionatı öncəsi komandasının hədəflərindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Braziliya yığmasının hər zaman ən böyük favoritlərdən biri olduğunu vurğulayıb:
“Braziliya millisi iştirak etdiyi istənilən yarışda favorit sayılır. Heç bir millinin formasında beş ulduz yoxdur. Biz öz futbolumuzu oynayırıq və dünyanın ən böyük klublarında çıxış edən çox güclü futbolçularımız var”.
Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliya millisi dünya çempionatında ilk oyununu iyunun 14-də, Mərakeş yığmasına qarşı keçirəcək. “Sambaçılar” qrup mərhələsində daha sonra Haiti (20 iyun) və Şotlandiya (25 iyun) milliləri ilə üz-üzə gələcəklər.
11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.
Bizi Facebook-da izləyin



