“Şəfa”dan daha bir transfer

“Şəfa” daha bir futbolçu transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bakı klubu müdafiəçi Arsen Ağcabəyovu heyətinə qatıb.

25 yaşlı futbolçu ilə 1 ilik müqavilə imzalanıb.

O, son olaraq “Şamaxı”da çıxış edib. “Sabah”ın da üzvü olmuş azərbaycanlı futbolçu müxtəlif vaxtlarda icarə əsasında “Səbail” və “Sumqayıt”ın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button