
DÇ-2026: İngiltərəli sabiq futbolçu ən çox Reşforda güvənir
Sabiq futbolçu Teo Uolkott, son mövsümü “Barselona”da icarədə keçirən “Mançester Yunayted”in və İngiltərə millisinin hücumçusu Markus Reşfordun oyununu yüksək qiymətləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli sabiq futbolçu, Reşfordun 2026-cı il dünya çempionatında yığma komandanın əsas üzvünə çevrilməli olduğunu düşünür:
“Reşford bu mövsüm fantastik idi. Onun İngiltərə millisində oynamasını səbirsizliklə gözləyirəm. Bütün oyunçular arasında məni ən çox o ruhlandırır”.
Reşford 2025/26 mövsümündə “Barselona”nın heyətində bütün yarışlarda 49 oyunda 14 qol vurub və 14 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



