Vinisius klubunu dəyişməyi düşünür

“Real”ın hücumçusu Vinisius Juniorun klubdakı gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

Braziliyalı futbolçunun “kral klubu” ilə müqaviləsinin müddəti artıq bir il sonra başa çatacaq.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, Vinisius bu yay komandada qalmaq və mövcud müqaviləsinin sonuna qədər “Real”da çıxış etmək niyyətindədir.

Bununla belə, 24 yaşlı forvard gələn yay azad agent kimi ayrılmaq variantını da istisna etmir. O, klub rəhbərliyi ilə razılıq əldə olunmasa, karyerasını başqa komandada davam etdirməyə hazırdır.

Vinisius əvvəlki maliyyə tələblərini azaldıb, ancaq “Real” tərəfi hələ də güzəştlərə ehtiyatla yanaşır. Tərəflər bir mərhələdə razılığa yaxın olsalar da, danışıqlar yenidən dalana dirənib.

Yeni görüşlərin sabah start götürəcək dünya çempionatından sonra keçirilməsi planlaşdırılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button