
“Mən axmağam, Mbappeni mərkəz hücumçusu kimi oynadan məşqçilər də axmaqdır”
Fransa millisinin baş məşqçisi Didye Deşam, Kilian Mbappenin meydandakı mövqeyi ilə bağlı müzakirələrə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı mütəxəssis, Mbappenin mərkəz hücumçusu kimi çıxış etməsini tənqid edənlərə istehzalı cavab verib:
“Mən axmaq olmalıyam! Ondan son üç ildə klub səviyyəsində mərkəz hücumçusu kimi istifadə edən məşqçilər də axmaqdırlar. O, PSJ-dəki son mövsümündə və “Real”dakı hər iki mövsümündə həmin mövqedə oynayıb”.
Fransa millisi dünya çempionatının qrup mərhələsində ilk oyununu iyunun 16-da Seneqal yığmasına qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



