
Pepe “Real”a qayıdacaq
“Real”ın sabiq müdafiəçisi Pepe yenidən “kral klubu”na qayıtmağa hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub prezidenti Florentino Peres seçkilərdə qalib gəlsə, baş məşqçi postuna Joze Mourinyonu gətirəcək. Bildirilir ki, Mourinyonun məşqçilər heyətində yer alacaq şəxslərdən biri də məhz Pepe olacaq.
Portuqaliyalı sabiq müdafiəçi 2007-2017-ci illərdə “Real”ın formasını geyinib və komandanın uğurlarında mühüm rol oynayıb. O, peşəkar futbolçu karyerasını iki il əvvəl başa vurub. Pepenin son klubu “Portu”dur. Onun fevralda 43 yaşı tamam olub.
Mourinyo daha əvvəl də 2010-2013-cü illərdə “Real”ı çalışdırıb. 63 yaşlı mütəxəssis yaxın vaxtlarda “Benfika” ilə yollarını rəsmən ayıraraq Madridə qayıdacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



