
“Mançester Yunayted”dən ilk transfer
“Atalanta”nın yarımmüdafiəçisi Ederson Lorenso karyerasını İngiltərədə davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun “Mançester Yunayted”ə transferi 45 milyon avroya başa çatıb və bütün sənədlər artıq razılaşdırılıb.
Braziliyalı futbolçu yaxın günlərdə “qırmızı şeytanlar”la rəsmi müqavilə imzalayacaq. Bu keçid klubun yay üçün ilk transferi olacaq.
Ederson ötən mövsümdə bütün turnirlərdə 41 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



