
“Messi əsl dahidir” – “Real”ın sabiq futbolçusu
“Real”ın sabiq futbolçusu Xorxe Valdano, argentinalı hücumçu Lionel Messi barədə diqqətçəkən açıqlama verib.
Komanda.az AS-a istinadən xəbər verir ki, argentinalı keçmiş futbolçu, Messini dayandırmaq üçün edilən bütün cəhdlərin nəticəsiz qaldığını bildirib:
“Hamı Messini saxlamağa çalışır, amma bu cəhdlər hələ ki, boşa çıxır. O, artıq meydanda yeriyərək də oynayır, amma yenə də onu dayandırmaq olmur. O, futbol tarixində dərin iz buraxmış əsl dahidir”.
38 yaşlı hücumçu yaxınlaşan 2026-cı il dünya çempionatı üçün Argentina millisinin heyətinə dəvət edilib. Komanda turnirin qrup mərhələsində Əlcəzair, İordaniya və Avstriya milliləri ilə qarşılaşacaq. 11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.
Bizi Facebook-da izləyin


