
Kukurellanın “Barselona”ya dönüşü Baldedən asılıdır
“Barselona” hazırda “Çelsi”nin formasını geyinən sabiq müdafiəçisi Mark Kukurellanı yenidən komandaya qaytarmaq variantını nəzərdən keçirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu öz yetirməsinin transferində maraqlıdır. Ancaq bu keçid əsasən Alexandro Baldenin gələcəyi ilə bağlı qərardan asılı olacaq. Belə ki, Balde komandada qalacağı təqdirdə, “Barselona”nın Kukurellanın transferi üzərində ciddi işləməsi gözlənilmir.
22 yaşlı Balde əsas heyətdəki yerini itirdiyinə görə narazıdır. Buna baxmayaraq, ispaniyalı futbolçu klubdan ayrılmaq niyyətində deyil. O, həmçinin, “Barselona”nın Joao Kanselonun transfer hüquqlarını tam almaq istəyindən də məmnun deyil. Çünki portuqaliyalı oyunçunun onun mövqeyində əsas seçimə çevriləcəyi ehtimal olunur.
“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, həm Kukurellanın, həm də Baldenin bazar dəyəri 50 milyon avro təşkil edir.
Bizi Facebook-da izləyin



