“Mançester Yunayted” yenidən satıla bilər

“Mançester Yunayted”in sahibi olan Qleyzerlər ailəsi klubdakı səhmlərinin bir hissəsini və ya hamısını satmağı nəzərdən keçirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Cim Ratkliff və onun INEOS şirkəti 2023-cü ildə klubun 25 faizini 1,25 milyard funt-sterlinq qarşılığında əldə etmişdi. Hazırda isə amerikalı Qleyzer ailəsinin bəzi üzvləri əlavə satış variantlarını müzakirə edir.

Ailə üzvləri həm fərdi şəkildə, həm də ümumi paket halında səhmlərin satışını nəzərdən keçirir və digər üzvləri də bu prosesə qoşmağa çalışır.

Qleyzerlər ailəsi artıq 20 ildən çoxdur ki, “Mançester Yunayted”ə sahiblik edir. Bu müddət ərzində azarkeşlər tərəfindən dəfələrlə etiraz aksiyaları keçirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button