
Mayın ən yaxşı qolunun müəllifi açıqlandı
“Ayın qolu” layihəsində may ayının qalibləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Münsiflər heyətinin səsinə əsasən, Misli Premyer Liqasında Xəyal Əliyev, 1-ci liqada Elmin Bayramov və 2-ci Liqada Taleh Hüseynzadə birinci olub.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



