
“Qəbələ” iki futbolçu ilə yolları ayırdı
“Qəbələ” iki futbolçu ilə yolları ayırıb.
Bu barədə Komanda.az-a bölgə təmsilçisindən bildirilib.
Rza Cəfərov və Sambu Sissokonun icarə müqaviləsinin müddəti başa çatıb. Onlar məxsus olduqları klublarına qayıdıblar.
Cəfərov “Neftçi”dən, Sissoko isə Fransanın “Valensiyen” klubundan 2025/2026 mövsümünün sonuna qədər icarəyə götürülmüşdü.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



